Azərbaycan koronavirusa qalib gələn ilk ölkələr sırasında olacaq | Banco.az

Azərbaycan koronavirusa qalib gələn ilk ölkələr sırasında olacaq

Azərbaycan koronavirus pandemiyasına qalib gələn ilk ölkələr sırasında olacaq.

Bunu Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov vurğulayıb ki, Azərbaycan apardığı effektiv və keyfiyyətli qabaqlayıcı tədbirlər sayəsində koronavirus pandemiyasına qarşı mübarizədə ön sıralarda yer aldı:

“Bu, bütün dünyanın gözü qarşısında baş verdi. Bu gün də Azərbaycan cənab Prezidentimizin tapşırığı ilə vaksinasiya prosesinə ilk qoşulan ölkələrdəndir. Hesab edirəm ki, bu qlobal bəlaya ilk qalib gələn ölkələrdən biri də məhz Azərbaycan olacaq".

Deputatın sözlərinə görə, dünən etibarilə ölkəmizdə dünyada sınaqdan keçmiş yüksək keyfiyyətli və daha az riskli Çinin “sinovac” vaksininin peyvəndlənmə işlərinə artıq başlanılıb:

"Əhalimizi peyvəndlənmə prosesində yaxından iştirak etməyə çağırıram. Peyvəndlənmə ilə dünyada bir çox ağır xəstəliklər aradan qaldırılıb.

Bu, yeganə üsuldur ki, ağır pandemiyaya qarşı mübarizədə əsas rol oynayır. Buna görə də heç kim çəkinmədən, şayiələrə qapılmadan tez bir zamanda normal həyatımıza qayıtmaq üçün vaksinasiya olunmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Sosial media və digər onlayn platformalarda yayılan şayiələrə qəti sürətdə inanmaq olmaz. Çinin ənənəvi "Sinovac" şirkətinin istehsal etdiyi vaksinlərin effektiv nəticəsi göz qabağındadır".

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et