Azərbaycanda yeni İctimai Birlik - "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) yaradılıb.
Təşkilatın İdarə Heyətinin sədri Rahid Ələkbərovdur.
O, vaxtilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi olub.
Assosiasiya kibertəhlükəsizlik sahəsində elmi-texniki nailiyyətlərin tətbiqinə, bu istiqamətdə maarifləndirmə və məlumatlandırma işlərinin həyata keçirilməsinə dəstək verəcək, milli maraqların təbliğat və dezinformasiya fəaliyyətindən qorunmasına çalışacaq, bu mübarizədə müvafiq təkliflərin verəcək, görülən işləri əlaqələndirəcək.
report
Bizi sosial şəbəkələrdən izləyin!!