Azərbaycan iqtisadiyyatında 49,2 milyard manatlıq ÜDM istehsal edilib | Banco.az

Azərbaycan iqtisadiyyatında 49,2 milyard manatlıq ÜDM istehsal edilib

2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında 49,2 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib, onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,8 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artıb, neft-qaz hasilatı və emalı sahələrində isə 1,8 faiz azalıb.

ÜDM-in 61,1 faizi istehsal sahələrində, o cümlədən 43,6 faizi sənayedə, 12,3 faizi tikintidə, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 31,7 faizi isə xidmət sahələrinin payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Xidmət sahələrində yaradılmış əlavə dəyərin 24,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 15,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,5 faizi informasiya və rabitə xidmətləri sahələrində, 48,4 faizi isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et