Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 13%-ə yaxın artıb | Banco.az

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 13%-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 965,2 milyon manat vəsait yönəldilib. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

2 aylıq investisiya qoyuluşunun 1 027,7 milyon manatı qeyri neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 1,8% çoxdur.

Son 1 ildə qeyri neft-qaz sənayesinə investisiya qoyuluşu isə 21% artaraq 154,9 milyon manata çatıb. 

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et