Azərbaycan iqtisadiyyatı 6,2 faiz artıb | Banco.az

Azərbaycan iqtisadiyyatı 6,2 faiz artıb

2022-ci ilin yanvar-iyun aylarında ölkədə 63 milyard 364,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 9,6 faiz artmışdır.

ÜDM istehsalının 53,3 faizi sənaye, 7,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 6304,9 manata bərabər olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et