Azərbaycan iqtisadiyyatı 2,7% böyüyüb | Banco.az

Azərbaycan iqtisadiyyatı 2,7% böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 47 262,3 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1% azalıb, qeyri neft-qaz sektorunda isə 5,3 % artıb.

ÜDM istehsalının 40,3%-i sənaye, 10,3-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3%-i nəqliyyat və anbar təsərrüfatı, 6,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,5%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 4 720,8 manata bərabər olub.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et