"Azərbaycan İpoteka Fondu"nun 20 mln. manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək | Banco.az

"Azərbaycan İpoteka Fondu"nun 20 mln. manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Martın 10-da Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin 20 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

AİF-dən verilən məlumata görə, istiqrazlar 1003.50 manat qiyməti ilə satışa çıxarılacaq.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 21 noyabr 2016-cı il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50  mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Mənbə: Apa.az