Azərbaycan əhalisinin builki kart əməliyyatlarının 74%-i nağdlaşdırmanın payına düşüb | Banco.az

Azərbaycan əhalisinin builki kart əməliyyatlarının 74%-i nağdlaşdırmanın payına düşüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dövriyyədə olan kredit və debet kartları ilə 4,587 mlrd. manat həcmində ölkədaxili əməliyyatlar həyata keçirilib.

Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,1% çoxdur.

Qeyd edək ki, sözügedən əməliyyatların 73,6%-i nağd pulun çıxarılmasının payına düşüb (ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz bəndi az). Belə ki, əhali yanvar-fevral aylarında debet və kredit kartlarından 3,376 mlrd. manat məbləğində vəsait nağdlaşdırılıb. Sözügedən vəsaitlərin 95,8%-i ATM-lər vasitəsilə nağdlaşdırılıb.

Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda debet və kredit  kartları vasitəsilə 1,211 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 45,6% çoxdur. Nağdsız ödənişlərin 72 mln. manatı ATM-lər vasitəsilə, 473 mln. manatı POS-terminallar vasitəsilə, 666 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et