Azərbaycan dövlət investisiya proqramı çərçivəsində 3 milyard manatdan çox xarici kreditlər cəlb edəcək | Banco.az

Azərbaycan dövlət investisiya proqramı çərçivəsində 3 milyard manatdan çox xarici kreditlər cəlb edəcək

Azərbaycanda 2020-2023-cü illər üçün dövlət investisiya proqramının əsas istiqamətləri açıqlanıb. 2020-ci ildə investisiyaların ümumi həcmi 4,9 mlrd. manat, 2021-ci ildə 3,6 mlrd. manat, 2022-ci və 2023-cü illərdə isə müvafiq olaraq 3,4 mlrd. manat və 4,9 mlrd. manat olacağı proqnozlaşdırılır. Sərmayələrin əsas hissəsinin infrastruktur layihələrinə yönələcəyi gözlənilir. Proqnozlara görə, bu sahədə 2020-ci ildə 3,7 mlrd. manat, 2021-ci ildə 2,5 mlrd. manat, 2022-ci ildə 2,3 mlrd. manat, 2023-cü ildə isə 3 mlrd. manat ayrılacağı gözlənilir.

Digər istiqamətləri nəzərə aldıqda, sosialyönümlü layihələrə kifayət qədər vəsait ayrılacağı proqnozlaşdırılır. Belə ki, sözügedən sahəyə 2020-ci ildə 0,8 mlrd. manat, 2021-ci ildə 0,6 mlrd. manat, 2022-ci ildə 0,6 mlrd. manat, 2023-cü ildə isə 0,8 mlrd. manat yönələcəyi planlaşdırılır. Planda olan müdafiə və hüquq-mühafizə orqanlarına yatırılacaq sərmayə yüksək prioritet kəsb edir. Gələn il sözügedən orqanlara 0,2 mlrd. manat sərmayə yatırılması gözlənilir. Bu rəqəmin 2021-ci ildə 0,13 mlrd. manata düşməsi, lakin 2022-2023-cü illərdə müvafiq olaraq 0,15 mlrd. və 0,18 mlrd. manata artırılacağı proqnozlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

2020-ci ildə institusional layihələrə investisiya yatırımı nəzərdə tutulmayıb, 2021-2022-ci illərdə isə bu layihələrə hər il 0,2 mlrd. manat sərmayə qoyulacağı gözlənilir. Bu rəqəm 2023-cü ildə 0,4 mldr. manata çatacağı proqnozlaşdırılır.

Ümumiyyətlə, 2020-2023-cü illərdə dövlət investisiya proqramı çərçivəsində 17 mlrd. manata yaxın sərmayə cəlb olunacağı gözlənilir ki, bunun da təxminən 3,1 mlrd. manatı xarici kreditlər hesabına reallaşdırılacaq.

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et