Azərbaycan Çin yuanında ilk investisiya yatırımlarına başlayıb | Banco.az

Azərbaycan Çin yuanında ilk investisiya yatırımlarına başlayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyanın təmin edilməsi istiqamətində növbəti mərhələ olaraq Çin yuanında investisiyalara başlayıb

Fond bu məqsədlə 2014-cü ildə Çinin Mərkəzi Bankından 3 milyard Çin yuanı həcmində investisiya üçün müvafiq lisenziya almış və adıçəkilən qurumla dövlət və agentliklərin istiqrazlarının alqı-satqısı və saxlanılmasına dair müqavilə imzalamışdı. Bu ilin 1 iyul tarixindən isə Çin yuanında ilk investisiyalara başlanılıb.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda növbəti mərhələ olaraq Çinin səhm bazarlarına investisiya yatırımlarının həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Çin Xalq Respublikasının Qiymətli Kağızlar üzrə Tənzimləmə Komitəsi tərəfindən verilən “Səlahiyyətli Xarici İnstitusional İnvestorlar” adlı lisenziyanın alınması planlaşdırılıb.

 

Ən sərfəli krediti almaq üçün müraciət et