Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırma proqramı hazırlanıb | Banco.az

Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırma proqramı hazırlanıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) sağlamlaşdırılması tədbirləri 2017-ci ildə də davam etdiriləcək. Bu barədə jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Bankın menecmenti və əsas səhmdarı olan Maliyyə Nazirliyi yeni sağlamlaşdırma proqramı hazırlayıb və Palataya təqdim edib: “Ümid edirəm ki, bu proqram hesabına ABB-nin sağlamlaşdırılması prosesi gələn ilin sonuna qədər başa çatdırılacaq. Proqramın məqsədi Bankın dayanıqlı gəlirlər əldə etməsidir. Onu da deyim ki, hazırda ABB idarə olunacaq səviyyəyə qədər kiçildilib, onun müəyyən aktivləri, öhdəlikləri bank sektorunun digər təmsilçilərinə ötürülür”.

Ən sərfəli kredit üçün müraciət et

ABB-nin nə vaxt özəlləşdirilməsinə gəlincə isə, MBNP sədri konkret tarix deməyib: “Biz maraqlıyıq ki, bazarda yalnız özəl banklar qalsın”. 

Mənbə: Report.az