Azərbaycan Beynəlxalq Bankı satılır | Banco.az

Azərbaycan Beynəlxalq Bankı satılır

Azərbaycanın iri bankı səhmlərinin kütləvi təklif əsasında satışına başlayır.

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin AZ1003004582 dövlət qeydiyyat nömrəli, nominal qiyməti 0.26 manat olan adi, adlı, sənədli səhmlərinin yerləşdirilməsi üzrə emitentin nizamnamə kapitalında səhmdarların paylarına mütənasib miqdarda yerləşdirilən səhmləri əldə etmək üçün nəzərdə tutulmuş üstünlük hüququnun müddətinin bitməsi ilə əlaqədar, 14 aprel 2014-cü il tarixindən etibarən (bu tarix daxil olmaqla) emitentin üstünlük hüququ müddəti ərzində yerləşdirilməmiş 5 338 661.12 manatlıq (20 533 312 ədəd) səhmlərinin Bakı Fond Birjasında (BFB) kütləvi təklif əsasında satışı başlanılır.

Birjadan verilən məlumata görə, yerləşdirmə 25 may 2014-cü il tarixinədək davam edəcək. Səhmlərin alışında maraqlı olan olan şəxslər Birja üzvü olan şirkətlərə müraciət edə bilərlər.

Qeyd edək ki, sözügedən səhmlər 12 dekabr 2013-cü il tarixindən Bakı Fond Birjasında yerləşdirilməyə başlanılıb. Hazırda yerləşdirilməyə çıxarılmış və nominal dəyəri 200 000 001.50 manat olan (769 230 775 ədəd) səhmlərdən, 194 661 340.38 manatlıq (748 697 463 ədəd) hissəsi artıq yerləşdirilib.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et