"Azərbaycan Beynəlxalq Bankı artıq mənfəətlə çalışır və öz səhmdarlarına dividend ödəmək imkanındadır" | Banco.az

"Azərbaycan Beynəlxalq Bankı artıq mənfəətlə çalışır və öz səhmdarlarına dividend ödəmək imkanındadır"

"Azərbaycan Beynəlxalq Bankı artıq mənfəətlə çalışır və öz səhmdarlarına dividend ödəmək imkanındadır"

Banco.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib. 

 

Bankın sədri əlavə edib ki, Bank son illərdə aktiv və öhdəliklərinin restrukturizasiyası ilə bağlı çətin bir mərhələ keçdiyindən və mövcud resurslar maliyyə dayanıqlığının möhkəmləndirilməsinə yönəldiyindən bu dönəmdə səhmdarlara dividend ödənilməsi məsələsi gündəmdə deyildi. Amma artıq bankın maliyyə dayanıqlığı təmin olunub. Son dövrlər ölkənin biznes həyatında baş verən canlanma bankın kapital mövqeyini daha da gücləndirib. Azərbaycan Beynəlxalq Bankı artıq mənfəətlə çalışır və öz səhmdarlarına dividend ödəmək imkanındadır. Səhmdarların son iclasında 2018-cı ilin maliyyə nəticələrinə əsasən, bank səhmdarlarına dividendin ödənilməsi məsələsinə də baxıldı və hər səhm üzrə 0,0326 AZN olmaqla səhmdarlara ötən ilin mənfəətindən 150 milyon manat dividendin ödənilməsinə qərar verildi.

Ən sərfəli kredit üçün müraciət et

HƏMÇİNİN OXU: Beynəlxalq Bank yeni strateji inkişaf planının tətbiqinə başlayıb - MÜSAHİBƏ

Ən sərfəli krediti almaq üçün müraciət et