Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Regionlarda investisiya imkanları genişləndirilir. Bir çox ölkədə, MDB-də və hal-hazırda Azərbaycanda fəaliyyət göstərən Masdar şirkəti bu yaxınlarda 140 GVt külək enerjisi stansiyasının təməlini atıb.
Banco.az xəbər verir ki, bunu Masdar Azərbaycan Enerji" Məhdud Məsuliyyətli Cəmiyyətinin ölkə meneceri Murad Sadıqov “Caspian Energy Forum”da deyib.
Murad Sadıqov qeyd edib ki, Azərbaycanda hazırda dövlət təminatı olmadan layihələr icra olunur. “Azərbaycan xarici investorlara investisiya mühitinin yaxşılaşdırılması üçün imkanlar yaradır. Xüsusən bərpa olunan enerji mənbələri üzrə ilk gündən böyük dəstək verilib. Azərbaycan müasir qanunvericilik qaydalarına əsasən iş mühitinin qurulmasına şərait yaradan dövlətlərdəndir.
230 MVt gücündə "Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır. Hazırda Masdar-ın milyarddan artıq sərmayə tələb edən layihələrdə partnyorları var. Bu da bu sahənin inkişafına diqqətin bariz nümunəsidir”.