Azərbaycan banklarının kartları ilə xaricdə taksiyə ödənişdə əlavə pul tutulacaq? | Banco.az

Azərbaycan banklarının kartları ilə xaricdə taksiyə ödənişdə əlavə pul tutulacaq?

Azərbaycan banklarına məxsus plastika kartlarla ölkə xaricində taksi xidmətindən istifadə edənlər 18%-lik əlavə dəyər vergisi (ƏDV) ödəməyəcək.

Bu halda kart hesabından vəsait xarici valyutada çıxdığı üçün həmin ödəniş vergiyə cəlb olunmayacaq.

Yəni, yalnız ölkə daxilində, Azərbaycan manatı ilə taksi xidmətini ödəyənlər əlavə 18% xərcə düşməli olacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Azərbaycanda UBER, “Taxify” və s. xarici taksi şirkətlərinə ödənişlər dekabrın 1-dən ƏDV-yə cəlb ediləcək. Bununla belə, xarici bankların kartları ilə ödəniş edənlərdən bu vergini tutmaq texniki baxımdan mümkün olmayacaq.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et