Azərbaycan banklarının beynəlxalq qiymətləndirilməsi aparılacaq | Banco.az

Azərbaycan banklarının beynəlxalq qiymətləndirilməsi aparılacaq

Azərbaycan bankları kifayət qədər yaxşı göstəricilərə malikdir və gələn il onların beynəlxalq qiymətləndirilməsi aparılacaq.

Bunu "Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu" mövzusunda keçirilən onlayn konfransda çıxış edərkən "AccessBank"ın hüquq və komplayens üzrə icraçı direktoru Əfqan Baxışov deyib.

Onun sözlərinə görə, banklar buna kifayət qədər ciddi yanaşırlar, tələblərə əməl edirlər və bu qiymətləndirmədən uğurla keçəcəklər.

"Bu, həm dövlət üçün vacibdir, həm də kommersiya qurumları olaraq banklar üçün də kifayət qədər önəmli bir məsələdir", - deyə Ə. Baxışov qeyd edib.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et