Azərbaycan banklarında Servis kiosk xidmətləri fəaliyyət göstərə bilər | Banco.az

Azərbaycan banklarında Servis kiosk xidmətləri fəaliyyət göstərə bilər

Gələcəkdə Azərbaycan banklarında “Servis kiosk” xidmətləri fəaliyyət göstərə bilər.  

Bunu açıqlamasında “Bakinity” şirkətindən bildiriblər.

Məlumata görə, “Servis kiosku” müştəri ilə bank arasında iş prosesini tamamilə elektron müstəvidə aparır: Müştəri banka daxil olduqda “Servis kiosk”a yaxınlaşır. Operator müştərilə görüntülü kontakt yaradır və müştəri “Servis kiosk”a yerləşdirilən menyudan əməliyyat növünü seçir. Bütün sənədlərini istər şəxsiyyət vəsiqəsi, istər sə də kart məhsullarını “Servis kiosk”da quraşdırılan skaner vasitəsilə operatora elektron şəkildə ötürür və prosesin sonunda isə sənədlərin e-variantını da elektron imza ilə imzalayır”.

Ən sərfəli kredit üçün müraciət et

“Müəyyən banklarla danışıqlar aparılır. Gələcəkdə yerli banklarda “Servis kiosk” xidmətləri fəaliyyət göstərəcək”, – deyə şirkətdən əlavə edilib.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et