Azərbaycan bankları yenidən xalis valyuta satıcısına çevrilib | Banco.az

Azərbaycan bankları yenidən xalis valyuta satıcısına çevrilib

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin iyun ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 115,708 mln. ABŞ dollarının xalis satışı həyata keçirilib.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, fevral, aprel və may aylarında əhalidən xalis ABŞ dolları alışı aparan banklar, yenidən satışa keçib. Ümumiyyətlə, 2016-cı ildə kommersiya banklarının əhaliyə xalis valyuta satışı 77,977 mln. dollar olub. Keçən ilin iyununda isə bankların əhaliyə xalis valyuta satışı 146,851 mln. dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

"Report"un analitik qrupu qeyd edir ki, bankların nağd xarici valyutanın xalis satıcısı olmasına səbəb Azərbaycan manatının son bir neçə ayda nisbi möhkəmlənməsindən sonra yenidən ABŞ dolları ilə müqayisədə zəifləməsi və neft qiymətlərinin düşməsi ilə bağlıdır.

Qeyd edək ki, 2014-cü ilin ikinci yarısında başlayan qlobal iqtisadi böhran Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həmin ilin iyul ayındakı tarixi maksimal səviyyədən (15 193,4 mln. dollar) 2016-cı il iyulun 1-nə 11 030,5 mln. dollar və ya 72,6% azalaraq 4 162,9 mln. dollara enməsinə səbəb olub.