Azərbaycan bankları xarici valyutanın satışını 62 faizə yaxın artırıb | Banco.az

Azərbaycan bankları xarici valyutanın satışını 62 faizə yaxın artırıb

2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda valyuta bazarında əməliyyatların 91%-i ABŞ dollarında, qalan 9%-i isə digər valyutalarda aparılıb. 

Banco.az "Trend"ə istinadən xəbər verir ki, 2014-cü ilin sonlarından başlayaraq dünya neft bazarında qiymətlərin kəskin düşməsi və ölkəmizin əsas ticarət tərəfdaşlarında devalvasiya dalğaları daxili valyuta bazarında xarici valyutaya, xüsusilə ABŞ dollarına tələbin artması ilə müşayiət olunub.

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə əməliyyatların həcmi 1.8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2.1 dəfə artıb.

Ümumlikdə isə 2015-ci ilin 9 ayında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 dəfə artıb.

9 ay ərzində Azərbaycanın valyuta bazarında dolların dövriyyəsi 54,085 milyard dollar, avronun dövriyyəsi isə 5,040 milyard avro təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin 9 ayında banklar tərəfindən əhaliyə ABŞ dolları ilə satılan xalis nağd xarici valyuta ötən ilin müvafiq dövrünə nəzərən 61.7% artıb.

Nağd xarici valyutaya tələbin artması əsasən I rübdə baş verib. Belə ki, 9 ayda xalis satılan ABŞ dollarının 63%-i, avronun isə 38%-i I rübdə satılıb.

Bunun nəticəsində cari ilin 6 ayında AMB dolların satışını, iyul-sentyabr aylarında isə alışını həyata keçirib.

Hesabat dövründə manatın real effektiv məzənnəsi (qeyri-neft ticarət çəkili) 15% ucuzlaşıb. Bu əsasən nominal effektiv məzənnənin 12.1% ucuzlaşması hesabına baş verib.

Real effektiv məzənnənin ucuzlaşması qeyri-neft sektorunun rəqabət qabiliyyətinə müsbət təsir edən, idxalı əvəzləyən və ixrac sahələrinin inkişafını stimullaşdıran amildir.

Ən sərfəli krediti almaq üçün müraciət et