Azərbaycan bankları sahibkarlara kredit verilişini azaldıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan bankları sahibkarlara kredit verilişini azaldıb

Azərbaycanda banklar tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara verilən kreditlərin ümumi həcmi illik müqayisədə 215 mln. manat və ya 24,4% azalaraq 2017-ci il yanvarın 1-nə 665,7 mln. manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verilir.

Kreditlərin 307,7 mln. manatı və ya 46,2%-i manatla, 358,0 mln. manatı və ya 53,8%-i xarici valyutada verilib.

Qeyd edək ki, ümumiyyətlə, banklar tərəfindən ev təsərrüfatlarına kredit qoyuluşu da hesabat ilində 2 372,2 mln. manat və ya 30,2% azalaraq bu ilin əvvəlinə 5 483,1 mln. manat təşkil edib.

Mənbə: Report.az