Azərbaycan bankları I yarımildə 2,6 milyard dollarlıq nağd xarici valyuta alıb-satıb | Banco.az

Azərbaycan bankları I yarımildə 2,6 milyard dollarlıq nağd xarici valyuta alıb-satıb

Bu ilin I yarısında Azərbaycan manatının xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.

Sənəddə həmçinin deyilir ki, hesabat dövründə tədiyyə balansının yaxşılaşması valyuta bazarında təklifi və beləliklə qiymət sabitliyinin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləyib.

Hesabat dövründə valyuta bazarında əməliyyatların həcmi bazarın bütün seqmentləri üzrə artım istiqamətində dəyişib.

I rübdə nağdsız valyuta bazarında aparılmış əməliyyatların məbləği əvvəlki ilə nisbətən 20% artaraq 14,6 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 84,9%-i dollarda, 15,1%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28,4%-i banklararası valyuta bazarında (BVB), 71,6%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Hesabat dövründə BVB-də əməliyyatların dəyəri 4,2 milyard dollar ekvivalentində olmaqla ötən ilin eyni dövrünə nəzərən 16,7% artıb. Bu seqmentdə əməliyyatların 98,7%-i dollarda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

BDVB-də valyuta əməliyyatlarının dəyəri 10,5 milyard dollar ekvivalentində olub ki, bu da ötən ilin eyni dövrünə nəzərən 22,1% çoxdur. Əməliyyatların 79,4%-ni dollarla əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93,1%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bankların nağd xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri isə illik müqayisədə 38,2 artaraq 2,6 milyard dollar ekvivalentində olub. Bunun 87,6%-ni dollarla aparılmış əməliyyatlar təşkil edib.

I rübdə baş verən yüksək satışlar hesabına nağd xarici valyutanın xalis satışı 6 ayda ötən ilin müvafiq dövrünə nəzərən 40,8% artıb. Bununla belə aprel, may və iyun aylarında vəziyyət dəyişİB və bankların xarici valyuta alışı satışı üstələyib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et