Azərbaycan Bankları haqqında gözlənilməz proqnoz | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan Bankları haqqında gözlənilməz proqnoz

Beynəlxalq kredit reytinqi agentliyi Moody's Azərbaycanın Bank sisteminin reytinqinin proqnozunu "Stabil"dən "Neqativ"ə dəyişib.  "Neqativ" (Mənfi) proqnoz o deməkdir ki, reytinq aşağı salına bilər.

Bu barədə Banco Moody's-a istinadən xəbər verir. Moody's Azərbaycana “stabil” proqnozla “Baa3” reytinqini verib.

Moody's Investors Service bildirir, aşağı neft qiymətləri və valyuta devalvasiyası bankların əməliyyat mühitinə, eləcə də aktivlərin keyfiyyətinə, kapital, gəlirlilik və maliyyələşdirilməsinə təsir edir.

Moody's hesab edirik ki, devalvasiyanın nəticəsi olaraq bankların aktivlərinin keyfiyyəti pisləşəcək, kredit qoyuluşları azalacaq, problemli kreditlərin xüsusi çəkisi 15%-ə çatacaqdır.