İpoteka və Kredit Zəmanəti Fondunun banklara ayırdığı limitlər üzrə (adi ipoteka kreditləri üzrə) müraciətlərin qəbuluna bu gün saat 11-dən etibarən başlanılıb.
Banco.az xəbər verir ki, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcək.
Məlumata görə, ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.
İpoteka kreditlərinin şərtlərinə dair məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə edə bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!