"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin nəzdində Şəriət Şurasının yaradılması son mərhələdədir.
Bunu ABA-nın icraçı direktoru Yunus Abdulov Bakıda keçirilən "İslam Maliyyə Forumu 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, Şuranın Əsasnaməsinin hazırlanması və namizədlərin qiymətləndirilməsi artıq yekunlaşmaq üzrədir: "Yaxın vaxtlarda təsdiqlə bağlı addımlar atılacaq. Şura yalnız uyğunluğa nəzarət mexanizmi deyil, həm də sektorun etibar sütunu kimi çıxış edəcək. O, məhsulların dizaynından əməliyyatların auditinə qədər vahid istinad nöqtəsi rolunu oynayacaq".
Assosiasiya rəsmisi əlavə edib bildirib ki, atılan bütün addımlar tətbiq üçün tam uyğunluq yaradır: "Bazardakı maraq, mövcud bilik və tərəfdaşlıq şəbəkəsi, institusional dayaqlar AMB-nin strateji baxışı ilə eyni xətt üzərindədir".
report