Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Nə? Harada? Nə zaman?” intelektual yarışması keçirilib | Banco.az

Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Nə? Harada? Nə zaman?” intelektual yarışması keçirilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” banklararası intelektual yarışmanın qalibləri məlum olub.

13 dekabr 2022-cu il tarixində ABA tərəfindən Banklararası “Nə? Harada? Nə zaman?” intelektual yarışması keçirilib. 12 bankdan 80-ə yaxın əməkdaşın iştirak etdiyi yarışmanın qalibi “Kapital Bank” komandası olub.

Belə ki, “Kapital Bank” komandası mümkün 36 sualdan 27-nə cavab verərək I yerə, “Bank Resbublika” komandası isə 25-ni cavablandıraraq II yerə layiq görülüb.

“ABB” və “Azəricard” komandaları mümkün 36 sualdan 24-nə cavab verərək sonda bərabərliyə qalıb. 3 mərhələdən ibarət çempionatda III yerin müəyyənləşdirilməsi üçün komandalara əlavə suallar verilib. Və nəticədə “ABB” komandası daha çox suala cavab verərək III yerdə qərarlaşıb.

Xatırladaq ki, ötən yarışmada “Kapital Bank” I, “Bank of Baku” II, “Yelo Bank” isə III yerdə qərarlaşmışdır.

Yarışın ilk 3 yerinin reytinqini diqqətinizə çatdırırıq.

Sıra

Komanda

Xal

I

“Kapital Bank”

27

II

“Bank Respublika”

25

III

“ABB”

24

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et