Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının təsis sənədini imzalayıb | Banco.az

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının təsis sənədini imzalayıb

Bu gün Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) təsisçi üzv ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü keçirilib.

Maliyyə Nazirliyindən verilən məlumata görə, Si Cinpin AİİB-nin Asiya regionunda və dünyada yoxsulluğun azaldılması və infrastrukturun inkişafında əhəmiyyətli rola malik olacağına əminliyini ifadə edib.

Bu ilin  aprelin 27-28-də Pekində və mayın 20-22-də Sinqapurda gələcək təsisçi üzvlərinin nümayəndələrinin müvafiq olaraq keçirilmiş 4-cü və 5-ci iclaslarında yekdilliklə razılaşdırılmış bankın əsas təsis sənədi olan "Maddələr Sazişi"i bu günə təsisçi üzv statusuna malik olan 57 ölkədən 50-si tərəfindən imzalanıb. Azərbaycan hökuməti adından təsis sənədini maliyyə naziri Samir Şərifovimzalayıb.

Ən sərfəli kredit üçün müraciət et

Əsasən Asiya regionunda infrastrukturun inkişaf etdirilməsini dəstəkləyəcək bankın nizamnamə kapitalı 100 mlrd. ABŞ dolları məbləğində müəyyən edilib ki, bunun da təxminən 75%-ni Asiya ölkələri təmin edəcək. Ölkələrin payı onların iqtisadiyyatının həcminə uyğun müəyyən edilir. 

Azərbaycanın bankda iştirak payı isə 0,25%, yəni 245,1 mln. dollar təşkil edib.

Mənzil qərargahı Pekində yerləşəcək AİİB cari ilin sonundan fəaliyyətə başlayacaq.

 

 

 

apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et