"Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığı özünün xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edir".
Bunu xarici işlər naziri Ceyhun Bayramov Afrika Gününə həsr olunan "Qoşulmama Hərəkatının qiymətləndirilməsində Afrika qitəsinin rolu" adlı konfransda deyib.
"Azərbaycan Afrika ölkələrinin inkişafı üçün maliyyə yardımları edir, oradakı qızların təhsil almasına kömək göstərir", - nazir bildirib.
C.Bayramov söyləyib ki, Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı ilbəil genişlənir: "Məqsədimiz Azərbaycan və Afrika ölkələri arasında münasibətlərimizi diversifikasiya etməkdir. Qoşulmama Hərəkatına üzv ölkələr arasında, o cümlədən Afrika ölkələri ilə əməkdaşlığı yüksək qiymətləndiririk".
report
Bizi sosial şəbəkələrdən izləyin!!