Azərbaycan 866 milyon dollarlıq yeyinti məhsulları idxal edib | Banco.az

Azərbaycan 866 milyon dollarlıq yeyinti məhsulları idxal edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-aprel aylarında 866 milyon 122 min dollarlıq yeyinti məhsulları idxal edilib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 12% və ya 92 milyon 785 min dollar artıb.

Məlumata görə, 2024-cü ilin ilk 4 ayında (yanvar-aprel) ayında idxal edilən yeyinti məhsullarının dəyəri 773 milyon 337 min dollar olub.

Qeyd edək ki, bu il idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 10,65% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram