Azərbayacanda gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı artırılıb | Banco.az

Azərbayacanda gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı artırılıb

Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Məcəlləyə edilmiş dəyişikliklə gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı artırılıb.

Belə ki, 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram