Azər Türk Bankın ödəniş kartlarının sayı 50% artmışdır | Banco.az

Azər Türk Bankın ödəniş kartlarının sayı 50% artmışdır

Azər Türk Bankın mətbuat xidmətindən verilən məlumata görə, cari ilin altı ayı ərzində müştərilər Bankın plastik kartları vasitəsilə 402 184 əməliyyat həyata keçirmişlər.

Banco.az saytı banka istinadən xəbər verir ki,kartla əməliyyatların dövriyyəsi 68,4 milyon manat olmuşdur. Bu göstəricilər, 2016-cı ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 36% və 24% çoxdur.

Bankın son aylarda həyata keçirdiyi, o cümlədən Azər Türk Bankın 22 illiyi münasibətilə həvəsləndirici güzəşt kampaniyaları bankın kart müştərilərinin sayının artmasına rəvac vermişdir. 

Ən sərfəli kredit üçün müraciət et

Hazırda dövriyyədə Banka məxsus 36 mindən çox aktiv plastik kart vardır ki, bu da ötən ilin altı ayının nəticələrinə nisbətən 50 faiz çoxdur.

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et