Azər Türk Bankdan regionlarda kiçik və orta biznesin inkişafına dəstək | Banco.az

Azər Türk Bankdan regionlarda kiçik və orta biznesin inkişafına dəstək

Dövlət bankı Azər Türk Bank ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi istiqamətində işlərini davam etdirir.

Belə ki, Bank Bakı şəhərindən başqa, regionlarda da kiçik və orta təsərrüfat subyektlərinin kreditlərə əlçatanlığını artırmaq məqsədi ilə Gəncə şəhərində yerləşən filialında  Gəncə, Şəmkir, Goranboy, Daşkəsən və ətraf rayonlarda fəaliyyət göstərən  sahibkarlara biznes kreditləri təklif edir.

Filialda  kiçik və orta biznes (KOB) kreditləri əldə etmək istəyən sahibkarların əlverişli şərtlər və sadə prosedurlar əsasında maliyyələşdirilməsi həyata keçirilir.

Belə bir xidmət yaxın günlərdə Bankın Şirvan filialında da sahibkar müştərilərə təklif ediləcəkdir. Bu xidmət vasitəsilə Şirvan, Salyan, Haçıqabul, Sabirabad və digər yaxın bölgələrdəki  kiçik  və orta biznes subyektləri rahat şəkildə kredit əldə edə biləcəklər.

Qeyd edək ki, sahibkarlara təklif olunan kreditlərin məbləği 5 000 manatdan 200 000 manatadəkdir. İllik faiz dərəcəsi 13%-dən başlayan bu kreditlər 1 aydan 42 ay müddətinədək rəsmiləşdirilir.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək olar.

Ən sərfəli kredit üçün müraciət et

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et