"Azər-Türk Bank"a yeni baş direktor təyin olunub | Banco.az

"Azər-Türk Bank"a yeni baş direktor təyin olunub

"Azər-Türk Bank" ASC-də daha bir kadr dəyişikliyi baş verib.

Banco.az "APA"ya istinadən xəbər verir ki, Fərid Temraz oğlu Orucov bankın baş direktoru vəzifəsinə təyin olunub.

Bundan öncə F. Orucov bankın nağd vəsaitlərlə iş departamentinin direktoru olub.

Ən sərfəli kredit üçün müraciət et

F. Orucovdan öncə bu vəzifəni Xudayev Afiq Aslan oğlu tutub. Hazırda o, İdarə heyətinin sədr müavinidir. Bankın digər baş direktoru Hüseynov Rəsul Hüseyn oğludur.

Yeni formalaşan İdarə Heyətinə Adıgözəlov Fərhad Əsgər oğlu rəhbərlik edir.

İdarə Heyəti sədrinin digər müavini Məmmədova Rumiyə Ağacəfər qızıdır.