Azər Türk Bank yeni nəsil bankomatları istifadəyə verdi | Banco.az

Azər Türk Bank yeni nəsil bankomatları istifadəyə verdi

Dövlət bankı Azər Türk Bank təmassız əməliyyatları dəstəkləyən yeni nəsil ATM-ləri müştərilərin ixtiyarına vermişdir. ATM-lərdə bütün növ kartlar üçün təmassız funksiya aktivləşdirilib. Ən başlıcası, bu unikal cihazlarda smartfon vasitəsilə də əməliyyatlar aparmaq mümkündür.

Bankın xidmət şəbəkəsində quraşdırılmış bu ATM-lər 24/7 rejimində işləyir. Müştərilərin rahatlığı nəzərə alınmaqla yeni bankomatlar metronun “Əhmədli”, “Nəriman Nərimanov”, “28 may”, “İnşaatçılar” stansiyalarında da Bank tərəfindən yerləşdirilmişdir.

Qeyd edək ki, bu ATM-lərdə təmassız şəkildə atb karta vəsait yükləmək olur. Bu yeni cihazlar vasitəsilə eyni anda 300-dək əsginası mədaxil, yaxud məxaric etmək mümkündür. Atb kart atb360 mobil əlavədə sifariş verilir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et