Azər-Türk bank keçən illə müqayisədə aktivlərini 8% artırıb! | Banco.az

Azər-Türk bank keçən illə müqayisədə aktivlərini 8% artırıb!

Azər-Türk bank 2018-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Aktivlərin həcmi 2018-ci ilin I rübü üzrə 310 milyon 500 min manat olan bank keçən ilin birinci rübünə  nisbətən 8%-ə yaxın artım əldə edib. Belə ki, 31.03.2017-ci il tarixində bankın aktivlərini həcmi  288 milyon 861 min manat  olub.

Keçən ilin I rübündə 140 milyon 101 min manat olan kredit portfeli bu il, 20% azalaraq 117 milyon 36 min manat olub. 

Bankın öhdəlikləri 31.03.2017-ci il tarixi ilə müqayisə də artaraq 255 milyon 852 manat olmuşdu. 

Ən sərfəli kredit üçün müraciət et

Depozitlərin həcmi isə keçən ilin I rübü üzrə 187 milyon 994 min manatdan 183 milyon 797 manata qədər azalıb.

2017-ci ilin I rübündə 55 min 711 olan bank kapitalı, 2018-ci ilin I rübündə 54 min 647 manata düşüb.

Mənfəətinə gəldikdə isə 31.03.2017-ci il tarixində 1 min 144 manat olan bankın mənfəəti 31.03.2018-ci il tarixində 1 min 65 manat olub. 

Xəzər Aslanov. Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et