Azər Türk Bank 10 min manata qədər “Lombard krediti” təklif edir | Banco.az

Azər Türk Bank 10 min manata qədər “Lombard krediti” təklif edir

Dövlət bankı Azər Türk Bankın hər zaman əlverişli şərtlərlə təqdim etdiyi müxtəlif növ kredit məhsullarının sırasına “Lombard krediti” də əlavə olundu. Müştərilərinin iqtisadi rifahının yaxşılaşmasına önəm verən bank, indi özünün  Gəncə filialı vasitəsilə, müəyyən aylıq gəliri olan hər bir fiziki şəxsə sərfəli  faizlərlə “Lombard krediti” təklif edir.

6, 12, 18 ay müddətinə rəsmiləşdirilən bu kreditin maksimal məbləği 10 min manatdır. Qeyd edək ki, girov qismində qızıl-zinət əşyaları və bank metalları qəbul edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa müştərilər Bankın əməkhaqqı kartlarının sahibləri üçün “Korporativ”, yalnız şəxsiyyət vəsiqəsi ilə “Əmanət qarşılığında kredit”, “İpoteka”, ”İstehlak” kreditləri və Ödəniş kartı vasitəsilə açılan kredit xəttindən də yararlana bilərlər.

Bu barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.