Azalternativenerji MMC-ə dövlət ayırmaları 2 dəfə artıb | Banco.az

Azalternativenerji MMC-ə dövlət ayırmaları 2 dəfə artıb

Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə – müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır (İlham Əliyev).

Enerji bütün canlı aləmin yaşaması üçün olduqca vacibdir. Enerji vasitəsilə nəinki öz tələbatlarımızı ödəyirik, həmçinin istehsal etməklə digərlərinin də tələb və ehtiyaclarını qarşılamış oluruq. 

Enerji mənbələri bərpa olunan və bərpa olunmayan olaraq 2 növə ayrılır. Bərpa olunmayan enerjiyə yanar faydalı qazıntılardan (neft, qaz, torf və s.) əldə olunur. Lakin bunların tükənməsi və ekologiyanı çirkləndirməsi bərpa olunan enerjiyə marağı artırır. Bərpa olunan enerji təbitətin bizə verdiyi günəş, külək, su və geotermal mənbələrdən əldə olunur. Hazırda dünya bu enerji mənbələrindən istifadəni genişləndirməkdədir.

Ən çox alternativ enerji mənbələrindən istifadə edən ölkələr Çin, ABŞ və Braziliyadır.

Ölkələr

Enerjinin miqdarı (GVt)

1

Çin

695,87

2

ABŞ

245,25

3

Braziliya

135,67

4

Almaniya

120,01

5

Hindistan

117,92

6

Kanada

99,04

7

Yaponiya

90,15

8

İtaliya

53,29

9

Rusiya

52,22

10

Fransa

50,05

Ən sərfəli kredit üçün müraciət et

Ümumi enerji istehlakının 26.2%-ni alternativ enerjidən alınır. Onun 15.8%-i su, 5.5%-i külək, 2.4%-i isə günəş enerjisinin payına düşür.

Azərbaycanda bu sahənin inkişafı üçün 2013-cü ildən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.

Azalternativenerji MMC-ə 2018-ci ildə 4.9 milyon dövlət büdcəsindən ayırmalar olunub. Bu ayırmalar əvvəlki ilə nisbətən 2 dəfə artsa da, xərclər də öz növbəsində artmışdır. 2017-ci ilə nisbətən 2018-ci ildə isə zərər 546 min manatdan 565 min manata qalxmışdır.

2013-cu ildə ümumi elektrik stansiyaların gücünün 85%-i yanacaqla işəyən ES və İES-in payına düşürdüsə, 2018-ci ildə bu 84%-ə enmişdir. İlk vaxtlar ancaq sudan enerji alıınsa da, hazırda külək və günəşdən də enerji alınır. 2018-ci ildə enerji mənbəyinin 14%-i Su Elektrik Stansiyalarından, yerdə qalan 1%- isə digər alternativ enerji növlərindən alınır. 2013-cü ildən bəri külək və günəş enerjisi təxminən 30 dəfə artmışdır.

Alternativ enerji istehsalının artırılması üçün Dövlət Proqramı və 7 pilot layihə bu sahənin diqqətdən kənarda qalmadığını göstərir.

 

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et