Avtomobillərin könüllü sığortasında - 24% AZALMA | Banco.az

Avtomobillərin könüllü sığortasında - 24% AZALMA

Yanvar-fevral aylarında Azərbayanda avtomobillərin "kasko" sığortası 24% azalıb. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin yanvar-fevral ayları üzrə hesabatında bidirilir. Hesabata əsasən, ilin ilk iki ayında avtomobilərin könüllü (kasko) sığortası üzrə 5 mln. 821 min manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin eyni dövründəkinə (7 mln. 641 min manat) nisbətən 23,8% azdır. Sığorta haqlarının azalması ölkəyə avtomobillərin idxalının və kreditlə satışının məhdudlaşdırılması olub. Bunun nəticəsində yanvar-fevral aylarında Azərbaycana avtomobil idxalı da azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta haqlarının azalmasına baxmayaraq, avtomobillərin könüllü sığortası üzrə ödənişlər artıb. Yanvar-fevral aylarında  bu sığorta növü üzrə 4 mln. 580 min manat ödəniş edilib ki, bu da ötən ilin eyni dövründəkindən 16,5% artıqdır. Nəticədə ötən ili kasko sığortası üzrə zərərlilik 51,5% idisə, bu il həmin göstərici 78,7%-ə qalxıb. 

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et