Avtomobillərin icbari sığortası üzrə yığımlar 14 mln. manata yaxınlaşıb | Banco.az

Avtomobillərin icbari sığortası üzrə yığımlar 14 mln. manata yaxınlaşıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar ayında avtomobillərin icbari sığortası üzrə yığımlar 13 mln. 751 min manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2025-ci ilin yanvar ayı ilə müqayisədə 948 min manat və ya 7.4% artıb.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə illik müqayisədə 20.3% və ya 1 milyon 922 min manat artaraq 11 mln. 400 min manata yüksəlib. 

Qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu sığorta üzrə yığımların məbləği 12 mln. 803 min manat, ödənişlərin məbləği isə 9 milyon 478 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram