Avtomobillərin icbari sığortası üzrə ödənişlər 27 mln. manatı ötüb | Banco.az

Avtomobillərin icbari sığortası üzrə ödənişlər 27 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin birinci rübündə (yanvar-mart ayları) avtomobillərin icbari sığortası üzrə yığımlar 37 mln. manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3.8% və ya 1 mln. 342 min manat artıb. 

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə 2023-cü ilin eyni dövrünə nisbətən 20.3% və ya 4 milyon 665 min manat artaraq 27 mln. 679 min manata enib. 

Qeyd edək ki, ötən ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımların məbləği 35 mln. 667 min manat, ödənişlərin məbləği isə 23 milyon 14 min manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et