Avtomobillər daha çox oktyabr ayında sığorta olunurlar | Banco.az

Avtomobillər daha çox oktyabr ayında sığorta olunurlar

Bu ilin 11 ayı ərzində İSB-nin 9707 sms xidməti vasitəsilə ümumilikdə 694 639 bildiriş mesajı göndərilib. Fins.az xəbər verir ki, aylar üzrə bildirişlərin sayına görə oktyabr ayında daha çox aktivlik müşahidə olunub. Təkcə oktyabr ayında İSB-nin 9707 sms xidməti vasitəsilə 146 802 mesaj göndərilib. Bu da xarici ölkələrdə istehsal olunmuş (MDB ölkələri istisna olmaqla) minik avtomobillərinin texniki baxış müddətinin oktyabr ayının sonunda bitməsi ilə əlaqədardır.
Belə ki, avtomobillərin texniki baxışdan keçirilməsi üçün lazım olan sənədlərdən biri məhz nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi olduğu üçün sürücülər bu ayda daha çox sığorta müqaviləsi bağlayırlar.
Xatırladaq ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalı sığorta müqaviləsini bağlayarkən, müqavilədə göstərdiyi mobil telefon nömrəsinə İcbari Sığorta Bürosunun informasiya sistemi (9707 xidməti) vasitəsilə müqavilənin təsdiqi ilə bağlı məlumatları (sığorta şirkətinin adı, avtonəqliyyat vasitəsinin nömrəsi, müqavilənin müddəti, müqavilənin nömrəsi, həmçinin sığorta haqqı) əks etdirən SMS bildiriş göndərilir. Həmçinin, sığortalı İcbari Sığorta Bürosunun informasiya sistemində olan məlumatlar əsasında sığorta müqaviləsinin ləğvi, xitamı və müqavilənin başa çatma tarixinə 15 gün qalmış onun etibarlılıq müddətinin bitməsi haqqında SMS bildiriş ala bilirlər. Hər üç mobil operatorun (“Azercell” , “Azerfon” və «Bakcell») abonentləri bu xidmətdən yararlana bilərlər. Qeyd olunan SMS xidməti pulsuzdur.  

Ən sərfəli kredit üçün müraciət et

fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et