Çox da uzaq olmayan tarixdə banklarımız özlərinin növbənöv kredit təklifləri ilə müştərilərini səsləyirdilər. Lakin artıq nə bizlər, nə də banklar o "bolluq" dövrünü yaşaya bilməyirik. Bu azalmanı avtomobil kreditlərində də görə bilərik.
Əvvəllər, ölkədə olan avtomobillərin əsas hissəsi kreditlə alınırdı. Bunun əsas səbəbi kreditlərin asan əldə edilən olması idi.
Lakin sonra yaşanan iqtisadi dəyişikliklər bu şərtlərin sərtləşməsinə gətirib çıxardı.
Təsadüf deyil ki, hazırda bir çox banklar ümumiyyətlə avtomobil kreditindən imtina ediblər və əksər hallarda avtomobil almaq istəyən şəxslərə belə nağd pul krediti təklif edirlər.
Banco.az hal-hazırda bankların təklif etdikləri avtokreditləri bir yerə topladı.
Siz təqdim edəcəyimiz cədvəldə kreditlərin şərtləri ilə ətraflı tanış ola bilərsiniz.
Banklar |
Məbləğ İlkin ödəniş |
Müddət |
Faiz |
Accessbank |
50.000 AZN(max) | 60 ayadək | 25-26% |
Bank BTB |
İstehsal müddət 1 ili keçmiş avtomobillərə ilkin ödəniş - 80% |
36-60 ay |
16-25% |
Bank of Baku |
Auto Azerbaijan MMC və onun dillerlərində satılan Hundai markalı avtomobillər İlkin ödəniş 50% |
6-36 ay |
19% |
Bank Respublika |
Mitsubishi, Mazda, Subaru, Honda, Toyota salonlarının yeni avtomobilləri İlkin ödəniş - 50% |
18 aya qədər |
17-18% |
Beynəlxalq Bank |
30000 manatdan çox olan avtomobillərin ilkin ödənişi 40% |
36 aya qədər |
14% |
Caspian Development Bank |
Chevrolet, Range Rover və Çin istehsalı olan avtomobillər istisna olmaqla, digər avtomobillərə kredit ayrılır. Kredit məbləği 70000 AZN-ə qədər ola bilər, İlkin ödəniş 70% |
24 aya qədər |
22% |
NBC Bank |
Nissan, Fort, İnfinite, Renault və Dongfeng salonlarının avtomobilləri İlkin ödəniş 50% |
60 aya qədər |
18% |