Avto-icbari sığorta üzrə ən çox şikayət edilən şirkətlər açıqlanıb | Banco.az

Avto-icbari sığorta üzrə ən çox şikayət edilən şirkətlər açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda son 1 ildə (1 mart 2025-28 fevral 2026) avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (2.02 indekslə) olub.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı şikayət indeksində qeyd edilib.

Məlumata görə, siyahıda "Atəşgah Sığorta" (1.35 indeks ilə) ikinci olub. "Meqa Sığorta" (1.34 indekslə) üçüncü olub.

Qeyd edək ki, şikayət indeksinin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram