Müəllif - Aida İsaq, Banco.az
Avstraliya Ehtiyat Bankının (mərkəzi bank) faiz dərəcələrini rekord səviyyəyə yüksəltməsinə baxmayaraq, ölkədə yaradılan iş yerlərinin sayı artıb. Eyni zamanda işsizlik səviyyəsi azalıb.
Banco.az xəbər verir ki, Avstraliya Statistika Bürosunun verdiyi açıqlamaya görə, fevral ayında ölkədə 64 min 600 iş yeri açılıb. Məşğulluq tam ştatlı işçilər üçün 74,9 min nəfər artdığı halda, yarımştat işçilər üçün 10,300 nəfər azalıb. İşsizlik nisbəti 3,7 faizdən 3,5 faizə düşüb.
Qeyd olunur ki, aprelin 4-də keçiriləcək növbəti iclasda dərəcələrin yenidən artırılması ilə bağlı işçi qüvvəsi məlumatları yaxından izləniləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!