Avstraliya Mərkəzi Bankı faiz qərarı ilə təəccübləndirməyib | Banco.az

Avstraliya Mərkəzi Bankı faiz qərarı ilə təəccübləndirməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya Ehtiyat Bankı (mərkəzi bank) faiz dərəcəsini sabit saxlayıb.

Banco.az xəbər verir ki, Avstraliya Ehtiyat Bankı (RBA) iqtisadiyyatın vəziyyətini qiymətləndirmək və gələn il daha çox faiz artımına ehtiyac olub-olmadığına qərar vermək üçün çərşənbə axşamı bazar gözləntilərinə uyğun olaraq faiz dərəcəsini dəyişməz saxlayıb.

Dekabr ayının pul siyasəti iclasını başa çatdıran Avstraliya Ehtiyat Bankı (RBA) faiz dərəcəsini ötən 12 ilin ən yüksək səviyyəsi olan 4,35 faiz səviyyəsində saxlayaraq əlavə edib ki, noyabr ayından bu yana alınan iqtisadi göstəricilər ümumiyyətlə proqnozlara uyğundur.

Xatırladaq ki, RBA ardıcıl olaraq 10 iclas boyunca faiz artımı qərar verdikdən sonra aprel ayında buna fasilə vermiş, daha sonra isə may və iyun aylarında gözlənilmədən yenidən faizləri qaldırmışdı. Mərkəzi bank iyul, avqust, sentyabr və oktyabr iclaslarında faiz dərəcəsində heç bir dəyişiklik etməsə də, noyabr iclasında daha 25 baza bəndi artım həyata keçirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram