Müəllif: Tamara Mustafayeva, Banco.az
Avstraliya Ehtiyat Bankı (mərkəzi bank) faiz dərəcələrini sabit saxlayıb.
Banco.az xəbər verir ki, Avstraliya Ehtiyat Bankı (RBA) yenilənmiş siyasət proqramının ilk iclasında faiz dərəcələrini dəyişməz olaraq saxlayıb və monetar sərtləşdirmənin davam edə biləcəyini işarə edib.
Mərkəzi Bank çərşənbə axşamı nağd faiz dərəcəsini iqtisadçıların proqnozlaşdırdığı kimi ötən 12 ilin ən yüksək səviyyəsi olan 4,35 faiz səviyyəsində saxlayıb.
Bu isə valyuta və istiqraz gəlirlərinin artmasına səbəb olub.
Xatırladaq ki, RBA 2023-cü ilin aprel ayında ardıcıl 10 iclasda davam etdirdiyi faiz artımını tempini dayandırdıqdan sonra may və iyun aylarında gözlənilmədən yenidən faiz artımı qərarı vermişdi. Bank iyul, avqust, sentyabr və oktyabr iclaslarında faiz dərəcəsində heç bir dəyişiklik etməsə də, noyabr iclasında faiz dərəcəsini 25 baza bəndi artırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!