Tamara Mustafayeva, Banco.az
Avrozonada İstehsalçı Qiymətləri İndeksi (PPI) enerji qiymətlərindəki artım səbəbiylə avqust ayında illik əsasda 43,3 faiz artıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa Statistika Bürosu (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın avqust ayı üzrə PPI məlumatlarını dərc edib.
Buna müvafiq olaraq, Aİ-də PPI avqust ayında əvvəlki aya görə 4,9 faiz, 2021-ci ilin avqust ayına görə 43 faiz artım göstərib.
Avrozonada isə bu göstərici avqust ayında aylıq 5 faiz, illik isə 43,3 faiz artaraq proqnozları üstələyib. Belə ki, ekspertlər İstehsalçı Qiymətləri İndeksinin illik 43,2 faiz artacağını gözləyirdilər.
Qeyd edək ki, Aİ ölkələri arasında avqust ayında illik əsasda ən çox artım 97,4 faizlə İrlandiyada olub ki, onu 70,9 faizlə Rumıniya, 68,3 faizlə isə Bolqarıstan izləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!