Avrozonada iqtisadi inam may ayından bəri ən yüksək səviyyədədir | Banco.az

Avrozonada iqtisadi inam may ayından bəri ən yüksək səviyyədədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada iqtisadi inam üçüncü aydır ki, bərpa tendensiyasındadır.

Banco.az xəbər verir ki, Avropa Komissiyasının açıqladığı yekun məlumatlara görə, Avrozonada iqtisadi inam indeksi dekabrda 96,4 punkta yüksəlib. 

May ayından bəri ən yüksək səviyyəyə çatan bu göstərici region iqtisadiyyatında mülayim canlanma gözləntilərini artırıb.

Xatırladaq ki, aqressiv monetar sərtləşdirmə, Çində zəif artım və enerji böhranı Avrozona iqtisadiyyatına mənfi təsir göstərən amillər olub.

“Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçılar Avrozonanın 2023-cü ilin son rübündə 0,1 faiz kiçilərək tənəzzülə girəcəyini gözləyirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram