Avrozonada iqtisadi inam 2020-ci ildən bəri ən aşağı səviyyədədir | Banco.az

Avrozonada iqtisadi inam 2020-ci ildən bəri ən aşağı səviyyədədir

Tamara Mustafayeva, Banco.az

Avrozonada iqtisadi inam inflyasiyanın rekord həddə çatması və enerji problemləri səbəbindən bu ay 2020-ci ildən bəri qeydə alınan ən aşağı səviyyəyə düşüb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avrozonanın iqtisadi inam indeksi sentyabrda 93,7-ə düşüb. "Bloomberg"in sorğusunda iştirak edən iqtisadçıların median proqnozuna görə bu göstərici 95 olmalı idi.

Bu, 2020-ci ilin noyabr ayından bəri qeydə alınan ən aşağı səviyyədir. Beləliklə, indeks 7-ci ayda da enişini davam etdirib.

İndeksdə xidmət sektorundan sənayeyə qədər bütün kateqoriyalar üzrə geriləmə müşahidə olunub. Ən böyük geriləmə isə mənfi 28,8 ilə İstehlakçı İnamı üzrə olub.

İnflyasiya azalmada ən böyük amil kimi önə çıxmaqdadır. Rusiyadan qaz nəqlinin kəsilməsi də iqtisadi inama mənfi təsir göstərib. Anket sorğusu istehlakçıların inflyasiya gözləntilərinin artmaqda olduğunu göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Avrozonada sabah elan olunacaq inflyasiya göstəricisi yaxından izləniləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et