Avrozonada iqtisadi fəallıq dayanıb | Banco.az

Avrozonada iqtisadi fəallıq dayanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozona iqtisadi fəallıq durğunluq nöqtəsinə çatıb.

Banco.az xəbər verir ki, “S&P Global” tərəfindən tərtib edilən və bu gün açıqlanmış Satınalma Menecerləri İndeksi beş ayın ən aşağı səviyyəsi olan 50,3 punkta düşüb.

Qeydə alınan geriləmədə işçilərin tətilləri səbəbindən çətin günlər keçirən Fransa əsas rol oynasa da, fabrik istehsalında problemlərlə üzləşən Almayanın da təsiri böyükdür.

Bu xəbərdən sonra avro 0,8 faiz ucuzlaşaraq 1,0874 dollara düşərkən, pul siyasətindəki dəyişikliklərə ən həssas olan Almaniyanın iki illik istiqrazlarının faizi də 13 bənd azalaraq 3,10 faizə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et