Avrozonada daşınmaz əmlak qiymətləri rekord səviyyədə bahalaşıb | Banco.az

Avrozonada daşınmaz əmlak qiymətləri rekord səviyyədə bahalaşıb

Müəllif:Ayşən İmanova/Banco.az

2024-cü ilin üçüncü rübünün nəticələrinə görə, Avropa İttifaqı ölkələrində daşınmaz əmlakın qiyməti 3,8% artıb ki, bu da 2022-ci ildən bu yana rekord göstərici olub. 

Banco.az bu barədə "RİA Novosti"nin təhlilinə istinadən xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

Araşdırmanın nəticələrinə görə, Bolqarıstan mənzil qiymətlərinin artım tempinə görə lider olub. Hesabat dövrünün yekunlarına görə, göstərici ümumittifaq orta göstəricisindən dörd dəfə - 16,5 faiz yüksəkdir. İkinci yerdə daşınmaz əmlak qiymətlərinin 14,4% artdığı Polşadır. İlk üçlüyü 13,4 faizlə Macarıstan tamamlayıb.

Avstriya və İsveçdə mənzil qiymətləri demək olar ki, dəyişməyib. Təhlildə bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlər müvafiq olaraq 0,7% və 0,3% artıb.